Şeyx: "Zəncir vurma dini baxımdan məqbul deyil"

14:45 | 04.11.2014
Şeyx: "Zəncir vurma dini baxımdan məqbul deyil"

Şeyx: "Zəncir vurma dini baxımdan məqbul deyil"

“Bizim borcumuz bununla bağlı maarifləndirmə işi aparmaq, zəncir vurmanın dini baxımdan məqbul olmadığını izah etməkdir. Amma biz bunu yalnız tövsiyə edə bilərik. Onu da başa düşürük ki, belə halı birdəfəlik yığışdırmaq mümkün deyil. Yəqin ki, zaman keçdikcə bu istiqamətdə də müsbət nəticələrə nail olacağıq".ANS PRESS-in məlumatın görə, bu bardə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Aşura günü ilə bağlı baş verən zəncir vurma aksiyasına münasibət bildirərkən deyib.Şeyxülislam bildirib ki, bu məsələ ilə bağlı fətva əmr deyil, tövsiyə xarakterlidir və əgər kimsə yenə özünü zəncirlə döyürsə, ona zorla müdaxilə edə bilməzlər.Qeyd edək ki, bu gün 15 məntəqələrdə Təzə Pir məsidində qanvermə aksiyası keçirilib. Aksiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qan verib. Qan vermə aksiyasında ilk dəfə olaraq Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, eləcə də Milli Məclisin üzvü Cavanşir Paşazadə də olub. Lakin məsciddə hələ də zəncirvuran insanlara rast gəlmək mümkün idi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür