Siemens Rusiya bazarından gedir

21:43 | 13.02.2024
Siemens Rusiya bazarından gedir

Siemens Rusiya bazarından gedir

Siemens AG bu ilin fevral ayında Rusiyadakı "Systems" MMC filialını ləğv etmək niyyətindədir. Bu barədə DW məlumat yayıb.

Rusiyada şirkətin indiyə qədər həyata keçirdiyi fəaliyyəti, yəni Siemens məhsullarının Rusiyaya idxalı ilə məşğul olmağın artıq mümkün olmadığını nəzərə alaraq belə bir qərar qəbul edilib.


Rusiya-Ukrayna müharibəsi nəticəsində Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində alman şirkəti hələ martın 22-də Rusiya ilə yeni sifarişlərin qəbulunu və yeni müqavilələrin bağlanmasını dayandırmışdı.

Alman ana şirkəti də Rusiya bazarını tərk etməyin Siemens AG-yə 600 milyon avro zərər vurduğunu açıqlayıb. 
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM