Silahlı Qüvvələrimizin builki itkiləri - 7 ölü, 84 yaralı

10:30 | 01.07.2014
Silahlı Qüvvələrimizin builki itkiləri - 7 ölü, 84 yaralı

Silahlı Qüvvələrimizin builki itkiləri - 7 ölü, 84 yaralı

”Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 47 nəfər təşkil edib. 
Bu barədə Modern.az-a məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 84 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli deyib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 34-ü isə qeyri-döyüş itkiləridir.
8 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 1 nəfər bədbəxt hadisədən (suda boğulma), 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 2-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (84 nəfər) C.Sümərinli bildirib ki, onların 19-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-si intihara cəhddən, 11-i erməni gülləsindən, 9 nəfər mina partlayışından, 2 nəfər təlimdə, 33-ü avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 71 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
Ötən dövrdə Azərbaycanın 8 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb.
Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM