Silahlı Qüvvələrinin Baş Qərargahı üçün yeni binanın təməli qoyulub

13:00 | 27.07.2014
Silahlı Qüvvələrinin Baş Qərargahı üçün yeni binanın təməli qoyulub

Silahlı Qüvvələrinin Baş Qərargahı üçün yeni binanın təməli qoyulub

Bu gün Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa ediləcək yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.

Müdafiə naziri təməlqoyma mərasimində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar ordunun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçular üçün paytaxt Bakıda və ölkənin digər bölgələrində müasir xidməti mənzillərin, hərbi hissələrdə yeni əsgər kazarmalarının və digər məişət obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulayıb. 

General-polkovnik Zakir Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib. Sonra metal giliz bünövrəyə buraxılıb və binanın özülünə beton qarışığı tökülüb. 

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM