Silk Way West Airlines Azərbaycan və Sinqapur arasında birbaşa yük hava əlaqəsi açmışdır

16:34 | 28.06.2016
Silk Way West Airlines Azərbaycan və Sinqapur arasında birbaşa yük hava əlaqəsi açmışdır

Silk Way West Airlines Azərbaycan və Sinqapur arasında birbaşa yük hava əlaqəsi açmışdır

28 iyun 2016-cı il, Bakı – Silk Way West Airlines şirkəti Uzaq Şərqdə başqa bir uzun müddət gözlənilən istiqamət olan Sinqapura birbaşa müntəzəm uçuşa başlamışdır.  
 
Uçuşlar həftədə iki dəfə B747-8F yük təyyarəsi ilə yerinə yetiriləcək və Azərbaycan milli yük aviadaşıyıcısının dünyanın başqa istiqamətlərinə birləşdirən istiqamətləri ilə birləşəcək.
 
Silk Way West Airlines şirkətinin əsas gərargahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətə davamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.
 
Silk Way West Airlines aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlamışdır. Hazırda Silk Way West Airlines aviaşirkətinin hava gəmiləri parkına 3 "Вoeing 747-8F” və 2 "Вoeing 747-400F” təyyarəsi daxildir. 2016-cı ilin üçüncü rübündə daha bir "Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 6-a yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM