Şimali Koreyadan Cənubi Koreyaya birləşmək təklifi

12:58 | 07.07.2014
Şimali Koreyadan Cənubi Koreyaya birləşmək təklifi

Şimali Koreyadan Cənubi Koreyaya birləşmək təklifi

Şimali Koreyadakı avtoritar hakimiyyət Cənubi Koreyaya federasiya və ya konfederasiya şəklində barışıq və iki ölkənin birləşməsini təklif edib.

Modern.az saytının RBK-ya istinadən verdiyi xəbərə  görə bu barədə rəsmi Pxenyan məlumat yayıb. Şimali Koreya hökuməti bəyan edib ki, cənub qonşusu bu istiqamətdəki səyləri dəstəkləməyə məcburdur və bu,  ümumi maraqlara xidmət edir. Şimali Koreya həmçinin Cənubi Koreyanı düşmənçilik mövqeyindən, müxtəlif hərbi təlimlərdən çəkinməyə və xarici təhlükəyə qarşı birləşməyə çağırıb.

Cənubi Koreya isə bu təkliflərə hələ ki, heç bir münasibət bildirməyib.  

Qeyd edək ki, hər iki dövlət arasında 1950-ci ildə başlanan müharibə 1953-cü ildə bitib. Bundan sonra isə aktiv hərbi əməliyyatlar aparılmasa da, sözügedən ölkələr bir-birinə düşmən mövqeyindədirlər.    

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM