Simeone: Arda və Kosta oyuna hazır olmasalar belə...

10:56 | 24.05.2014
Simeone: Arda və Kosta oyuna hazır olmasalar belə...

Simeone: Arda və Kosta oyuna hazır olmasalar belə...

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında  "Real"la qarşılaşacaqları oyundan öncə mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis onları çox çətin bir oyun gözlədiyini deyib: "Real" 2 ildən artıq bir vaxtda formalaşdırılmış heyətə malikdir. Ancaq üzərimdə böyük təzyiq yoxdur. Mən azarkeşlərimizi necə sevindirəcəyimizi düşünürəm".

Simeone zədəli futbolçuları - Dieqo Kosta və Arda Turanın durumundan da danışıb: "Dieqo və Ardanın oynayıb-oynamayacağı yaxın saatlarda bilinəcək. Ancaq oyuna hazır olmasalar belə, onları əvəzləyə biləcək futbolçularımız var. Biz mübariz bir kollektivə sahibik".

 

Qeyd edək ki, "Real" - "Atletiko" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb