• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Simonyan Kurskda yaşayan uşaqlardan danışıb, Ukraynada öldürülənlərin sayı isə minlərlədir

Simonyan Kurskda yaşayan uşaqlardan danışıb, Ukraynada öldürülənlərin sayı isə minlərlədir
08.08.2024 13:13
Rusiyanın Ukraynaya qarşı müharibəsinə açıq rəğbətini bildirən, Putin hakimiyyətinin açıq təbliğatçısı kimi özünü qələmə verən  Marqarita Simonyan Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra bu vilayətin  sakinləri üçün "dua etməkdən" başqa bir lacın olmadığını deyib.  

"Burada başqa nə demək olar, bilmirəm. Kurskda yaşayanlar sizin üçün, ordumuzun gücü üçün, səhər oyanmağımız  üçün dua etməkdən başqa çarəmiz  yoxdur.Səhərimizi sağ salamat qarşılamağımız üçün  dua edək",  -  Simonyan bildirib. 
 
"Uşaqlara və təcili yardım maşınlarına atəş açan qeyri-insanlarla Tanrı bizim dualarımız olmadan da məşğul olacaq”, - Simonyan Teleqram kanalında yazıb.
 
2022-ci il fevralın 24-də, Moskva vaxtı ilə səhər saat 6-da, Rusiya silahlı qüvvələri bütün Ukrayna ərazisində hərbi infrastruktur obyektlərinə raket zərbələri endirməyə başlayıb.
 
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri 547 ukraynalı uşaq öldürülüb, 1348-dən çox uşaq isə yaralanıb. Bu barədə ölkənin Baş Prokurorluğu bildirib.

Hazırda Ukraynada iki mindən çox uşaq rəsmi olaraq itkin düşmüş hesab edilir. Əsasən bunlar işğal olunan ərazilərdə qalan yetimlər və valideyn himayəsindən məhrum olan uşaqlardır.

Rusiyanın Ukraynaya qarşı iki illik müharibəsi zamanı Rusiya Federasiyası tərəfindən işğal olunan ərazilərdən deportasiya edilən ukraynalı uşaqların dəqiq sayı hələ də məlum deyil. Ukrayna hakimiyyətinin məlumatına görə, söhbət təxminən  19,5 min uşaqdan gedir. 

BMT-nin  məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada azı 10 582 mülki şəxs həlak olub, 19 875 nəfər isə yaralanıb.
 
"Münaqişə başlayandan indiyədək 5017 kişi, 3093 qadın həlak olub, daha 1885 qurbanın  meyiti tanınmaz hala salındığı üçün cinsiyyəti müəyyən etmək mümkün olmayıb. Onların arasında ən azı 587 uşaq olub",  - BMT bildirib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada bəzi aeroportlar müvəqqəti bağlanıb
Dünya 14:19
Rusiyada bəzi aeroportlar müvəqqəti bağlanıb
“3+3” formatında görüşlər İrəvan və Bakıda baş tuta bilər- Lavrov
Dünya 14:17
“3+3” formatında görüşlər İrəvan və Bakıda baş tuta bilər- Lavrov
Lavrov Ermənistanın Rusiya silahlarından istifadə etməklə Azərbaycanın 7 rayonunu işğal etdiyini bildirib
Dünya 14:04
Lavrov Ermənistanın Rusiya silahlarından istifadə etməklə Azərbaycanın 7 rayonunu işğal etdiyini bildirib
Yanukoviçin keçmiş müavini İspaniyada öldürülüb
Dünya 13:53
Yanukoviçin keçmiş müavini İspaniyada öldürülüb
Putin Kurska səfər edib
Dünya 11:41
Putin Kurska səfər edib
İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb
Dünya 10:26
İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb
Tramp nə yeyir? - Ağ evdən açıqlama
Dünya 09:28
Tramp nə yeyir? - Ağ evdən açıqlama
Aİ “Azadlıq Radiosu” üçün 5,5 milyon avro ayırıb
Dünya 08:55
Aİ “Azadlıq Radiosu” üçün 5,5 milyon avro ayırıb
İsrail İrana nüvə zərbəsi planlaşdırır – CNN
Dünya 08:49
İsrail İrana nüvə zərbəsi planlaşdırır – CNN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol