Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

00:00 | 14.08.2014
Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Avqustun 13-dən 14-ə keçən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq. Sabah Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM