Sinoptiklərdən xəbərdarlıq: qar yağacaq

14:31 | 14.02.2015
Sinoptiklərdən xəbərdarlıq: qar yağacaq

Sinoptiklərdən xəbərdarlıq: qar yağacaq

Sinoptiklər fevralın 15-dən sonra havanın soyuyacağı barədə xəbardarlıq etdi.
 
ANN.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
 
Rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur ötən günlə müqayisədə 7-12 dərəcə aşağı enəcək. Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM