• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Siyasi fəal Elçin İbrahimli həbs edildi

Siyasi fəal Elçin İbrahimli həbs edildi
28.06.2022 14:29
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisin üzvü, ictimai fəal Elçin İbrahimlinin saxlanılaraq 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə partiya üzvləri özlərinin sosial şəbəkə hesablarında məlumat yayıb.

Məlumata görə, İbrahimli iyunun 23-də gecə saatlarında polislər tərəfindən evindən aparılıb.

"İyunun 24-də səhər məhkəmə olub. Onu 30 sutka həbs ediblər. Elçin İbrahimli sosial şəbəkələrdə aktiv idi. Onu siyasi və ictimai fəaliyyətinə görə həbs ediblər", - partiya üzvləri deyir.

Bildirilir ki, İbrahimli hazırda rayon polis təcridxanasında yatır və o şəkər xəstəsidir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, fəal İnzibati Xətalar Məcəlləsinin (İXM) 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb.

"Elçin İbrahimli ilə bağlı polis şöbəsinə vətəndaşların müraciətləri olub. Elçin İbrahimli dəfələrlə polis şöbəsinə dəvət olunsa da, gəlməyib. Polisin tələblərinə tabe olmadığına görə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib", - Nazirlik açıqlamada qeyd edib.

Hələ Əbülfəz Elçibəyin sədrliyi dövründən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daxilində "İslahatçılar" ("Yurdçular", "Əli Kərimovçular") və "Klassiklər" ("Mühafizəkarlar", "Elçibəyçilər") adları ilə tanınan iki qanad mövcud idi. "Klassiklər” qanadı 2006-cı ilədək "AXCP” adı ilə fəaliyyət göstərib. Həmin ilin martında "Klassiklər” qanadının bazasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) təsis edildi və Mirmahmud Mirəlioğlu KXCP sədri seçildi. KXCP rəsmi dövlət qeydiyyatına 2007-ci ilin yanvarın 31-də alınıb.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol