Siyavuş Novruzov: “Normal insan yetişdirmək lazımdır”

18:15 | 19.11.2014
Siyavuş Novruzov: “Normal insan yetişdirmək lazımdır”

Siyavuş Novruzov: “Normal insan yetişdirmək lazımdır”

“Azərbaycanda 23 ildir təhsil islahatları aparılır, amma ortada bir nəticə yoxdur”.

“APA-Economics”in məlumatına görə, Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

 

O bildirib ki,  Azərbaycan təhsil sistemində müxtəlif üsullar tətbiq olunsa da, təhsil alanların faizi, ali məktəblərə qəbul olunmaq üçün ballar ilbəil azalır.

 

Millət vəkili bildirib ki, Azərbaycanda müəllimlərin sayı lazım olandan üç dəfə artıqdır: "Məhz bu sahədə islahata ehtiyac var. Müəllimlərlə bağlı attestasiya aparılmalı, bundan sonra əmək haqqını artırılmalıdır".

 

S. Novruzov orta məktəblərdə hərbi dərslərin də bərpasının vacib olduğunu söyləyib: “Məktəblərdə hərbi dərslər bərpa olunmalı,  fiziki hazırlıq dərslərinə ciddi yanaşılmalı, bununla bağlı imtahan olmalıdır".

 

Millət vəkili dərsliklərin həddindən artıq ağır olduğunu və bunun uşaqlara problem yaratdığını da qeyd edib: “Kitablar çox qalın olur, üz qabıqları ağır materialdan hazırlanır. Dərs sisteminə də baxmaq lazımdır. Dərs günün artırmaq, günün azaltmaq və s. Normal dərs verib, normal insan yetişdirmək lazımdır”. 

ANN.Az  

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM