Siyəzəndəki böyük yanğın söndürüldü - YENİLƏNİB

11:04 | 07.07.2014
Siyəzəndəki böyük yanğın söndürüldü - YENİLƏNİB

Siyəzəndəki böyük yanğın söndürüldü - YENİLƏNİB

Ötən gün Siyəzən rayonunda baş vermiş yanğın bu gün səhər saatlarında söndürülüb.ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində “Siyəzən Broyler” ASC-yə məxsus ümumi sahəsi 8960 kv. m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb. Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də APA-ya bildirilib ki, yanğının qarşısını bu gün səhər saatlarında almaq mümkün olub. Yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib. ****Siyəzəndə yanğın meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, 5 iyul tarixində saat 15 radələrində Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərindən birində yanğın hadisəsi baş verib. Küləkli hava şərati yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib.Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin qurumlarının əməkdaşları, həmçinin yerli icra strukturlarının nümayəndələri birlikdə yanğını söndürməyə çalışırlar.Yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM