“Skype”dan yenilik

09:41 | 07.11.2014
“Skype”dan yenilik

“Skype”dan yenilik

Öz dilində danış, istədiyin dildə səslənsin

«Microsoft» şirkəti ötən aylarda «Skype Translator» (tərcüməçi) xidmətini təqdim edib. 

ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, bu xidmət «Skype»da danışıqları avtomatik tərcümə edəcək.

Artıq fərqli dillərdə danışan insanlar bir-birləri ilə asanlıqla ünsiyyət qura biləcəklər.

Bəziləri bu funksiyanın ancaq 2-3 ilə işə düşə biləcəyi fikrindədir. Ancaq WPC-2014 beynəlxalq konfransında bu düşüncələri alt-üst edən bir sınaq keçirilib.

Uğurla alınan sınaq mərhələsində ən çox diqqət çəkən məqam isə xidmətin olduqca sürətli işləməsidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür