SOCAR-ın yeni binası nə vaxt açılacaq?

17:18 | 11.02.2016
SOCAR-ın yeni binası nə vaxt açılacaq?

SOCAR-ın yeni binası nə vaxt açılacaq?

Binada hazırlıq işləri, kompüter işləri görülməlidir. Pulumuz çatmır ki, bu işləri qurtaraq. İnanın ki, biz hər bir manatı sayırıq ki, artıq xərclərə yol verməyək.

Oxu.Az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev gənclərlə görüşündə rəhbəri olduğu şirkətin nə zaman yeni inzibati binaya köçəcəyi barədə sualı cavablandırarkən bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, əvvəllər binaya dekabrda - Yeni il ərəfəsində köçmək planlaşdırılırdı.

"Lakin sonra da bu vaxtı bir qədər irəli artdıq, Novruz bayramı ərəfəsində köçmək istəyirdik, amma indi görürəm ki, bu, Novruzda da mümkün olmayacaq”, - deyə, şirkət rəhbəri bildirib.

Rövnəq Abdullayev həmçinin qeyd edib ki, artıq SOCAR-ın yeni binaya köçəcək bölmələri məlumdur.

Onların arasında SOCAR-ın Ekologiya İdarəsi də olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb