"Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülünə generator vasitəsi ilə elektrik enerjisi verilir.
"Report"un xəbərinə görə, bunu keçirdiyi birfinqdə SOCAR-ın "Azneft” İstehsalat Birliyinin rəis müavini Balamirzə Rəhimov bildirib.
O deyib ki, hazırda SOCAR prezidentinin iştirakı ilə axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah 5-ci özüldədir. Sabah isə qərargah qəza baş verən 10-cu özülə köçürüləcək. "SOCAR prezidentinin əmri ilə sabah qərargah gəminin üzərindən birbaşa yanğın olan platformanın üzərinə köçürüləcək".
Qeyd edək ki, SOCAR nümayəndələri növbəti mətbuat konfransını sabah saat 11.00-da keçirəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !