Son 3 ildə 120 xəstəyə böyrək köçürülüb

12:15 | 29.11.2013
Son 3 ildə 120 xəstəyə böyrək köçürülüb

Son 3 ildə 120 xəstəyə böyrək köçürülüb

Bu gün Azərbaycan Tibb Universitetində Azərbaycan - Türkiyə Nefroloji Konfransı keçirilib. 

ANN.Az-ın verdiyi xəbərə görə, konfransda Səhiyyə Nazirliyinin rəsmi nümayəndələri, ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov, habelə Türkiyə və Azərbaycanın bu sahədə tanınmış mütəxəssisləri iştirak ediblər. 

Respublika Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında formun keçirilmə məqsədinin Azərbaycan və Türkiyə Nefroloqları arasında həm elm həm də təcrübə əlaqələrini inkişaf etdirmək olduğunu deyib. Onun sözlərinə görə, son 6-7 il ərzində Bakıda və regionlarda 27 hemodializ mərkəzi istifadəyə verilib. Son 3 ildə 120 xəstəyə böyrək köçürülüb.

"Ümumiyyətlə bu gün Respublika Mərkəzi Neftçilər Xəstəxanasında və uroloji xəstəxanada böyrək köçürmə əməliyyatları aparılır. Donor problemi yenə də qalır." F.Babayev Təxminən Azərbaycanda 10 mindən artıq xroniki böyrək çatışmazlığı olan xəstə olduğunu da bildirib.

Onun sözlərinə görə, 2300 dən artıq xəstədə böyək çatışmazlığının son mərhələsi olduğu üçün hemodilaizə ehtiyac duyulur. "Bu gün bizim ən kiçik yaşlı xəstəmizin 6, ən yaşlısının isə 83 yaşı var. 2006-ci ildə Azərbaycanda 431 xəstə dövlət hesabına hemodializ müalicəsi qəbul edirdisə, indi bu rəqəm 2300-dən çoxdur". 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM