Son buraxılış imtahanında “2” qiymət alanların sayı açıqlandı

12:41 | 01.07.2014
Son buraxılış imtahanında “2” qiymət alanların sayı açıqlandı

Son buraxılış imtahanında “2” qiymət alanların sayı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Həmin imtahanların nəticələri iyun ayının 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 
ANN.Az-ın məlumatına görə, orta təhsil bazasında (9 illik) keçirilmiş imtahanın nəticəlirərinə əsasən 692 nəfər ana dili, 758 nəfər riyaziyyat fənnindən “2” qiymət alıb. 11-ci siniflər arasında isə 1599 nəfər ana dili, 1656 nəfər riyaziyyat fənnindən “2” qiymət alıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM