Son tarix açıqlandı

10:59 | 08.04.2015
Son tarix açıqlandı

Son tarix açıqlandı

 Azərbaycan Baş Prokurorluğu tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir.

 Baş Prokurorluğun mətbuat xidmətindən "Report”a bildirilib ki, prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet saytında və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM