Son üç ayda bağlanan əmək müqavilələrinin sayı 1,7% artıb

11:16 | 15.04.2024
Son üç ayda bağlanan əmək müqavilələrinin sayı 1,7% artıb

Son üç ayda bağlanan əmək müqavilələrinin sayı 1,7% artıb

2024-cü ilin ilk üç ayında ölkədə əmək müqavilərinin sayı 1,7% artaraq 30,3 minə çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 
 
Bununla da bağlanan əmək müqavilələrinin sayı 1 milyon 839 min 109-a çatıb. 
 
Nazirlik vurğulayıb ki, əməkhaqqı fondunda da 2,9% artım müşahidə olunub. 
 
2018-ci ildən bu yana əmək müqavilələrində 38%, əməkhaqqı fondunda isə 2,7% artım olub. 
 
Bundan əvvəl Dövlət Vergi Xidməti martın 1-nə olan statistikanı paylaşaraq əmək müqavilələrinin sayının  1 milyon 839 min 109-a çatdığını açıqlayıb. 
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb