Spiker deputatlara xəbərdarlıq etdi

12:14 | 04.03.2014
Spiker deputatlara xəbərdarlıq etdi

Spiker deputatlara xəbərdarlıq etdi

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb.APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov deputatlara xəbərdarlıq edib. Spiker deyib ki, son vaxtlar Milli Məclisin iclası polemikaların meydanına çevrilib: “Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil”. Daha sonra cari məsələlərə yer verilib. İclasın gündəliyinə 4 məsələ, o cümlədən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatının dinlənilməsi daxildir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM