• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Səmədov Yemelyanenkoya qarşı: Burada kişilər belə boya-başa çatır

Səmədov Yemelyanenkoya qarşı: Burada kişilər belə boya-başa çatır
07.10.2016 21:17
Azərbaycanlı idmançı Zabit Səmədov oktyabrın 4-də Qroznıda keçirilən MMA turnirində uşaq döyüşlərinin keçirilməsini qınayan Fedor Yemelyanenkonun şərhinə fikir bildirib. 

ANN.Az Sportbox.az-a istinadən xəbər verir ki, Zabit Səmədov "Instagram” sosial şəbəkədə Qroznıda müxtəlif turnirlərin keçirilməsinin təşəbbüskarı olan Çeçenistan pezidenti Ramzan Kadırovun müdafiəsinə qalxıb. Həmin turnirdə rinqə məhz Ramzan Kadırovun uşaqları çıxmışdılar.

"Dostlar! Mənim üçün Rusiya MMA İttifaqının prezidenti Fedor Yemelyanenkonun "GRAND-PRIX AKHMAT 2016”-da uşaq döyüşlərinə dair qınağı anlaşılmazdır. 

Heç kim üçün sirr deyil ki, döyüş sənətinin fəlsəfəsi həyat prinsiplərinin və iradənin formalaşmasına yönəlib. Uşaqlar üçün bu idman ruhunda tərbiyəyə yaxşı imkandır. Yemelyanenko bunu bilmir və bizim Qafqaz uşaqlarından danışdığımızı nəzərə almır. Burada kişilər məhz belə boya-başa çatır. Taylandda, məsələn, uaşqlar döyüşçü yolunu "Muay-tayı” 5 yaşından öyrənirlər.  

Mən idmanla 9 yaşımdan məşğul olmağa başlamışam, 10 yaşımdan isə artıq yarışlarda iştirak edirəm. Bugünkü uğurlarım uşaqlıqdan çəkdiyim əməyin nəticəsidir. 

Ən əsası isə "GRAND-PRIX AKHMAT 2016”-da Çeçenistanın birinci prezidenti Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırovun nəvələri Əhməd, Əli və Adəm iştirak edirdilər. 

Çeçenistan prezidentinin uşaqları rinqə çıxaraq digərlərinə nümunə olur, fiziki və mənəvi tərbiyəni nümayiş etdirdilər. Bəs Rusiyanın MMA İttifaqının prezidenti bizə nəyi nümunə göstərdi? Qınaq, əsəb və gurultulu bəyanatı?”.

Qeyd edək ki, Fedor Yemelyanenkonun bəyanatından sonra, rusiyalı idmançılar və rəsmi simalar iki düşərgəyə ayrılıblar: Fedoru dəstəkləyən və onu qınayanlar. Çeçenistanın qarışıq döyüş növləri üzrə idmançıları Yemelyanenkonu "xoruz” adlandırıblar. 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 01:14
"Liverpul"dan möhtəşəm qələbə - Video
Kamran Ağayevi ağır cəza gözləyir – VİDEO
İdman 14:41
Kamran Ağayevi ağır cəza gözləyir – VİDEO
Futbol tarixində ilk: YAŞIL VƏRƏQƏ - VİDEO
İdman 16:40
Futbol tarixində ilk: YAŞIL VƏRƏQƏ - VİDEO
Rumıniya Ermənistanı darmadağın etdi - DÇ-2018-in NƏTİCƏLƏRİ+VİDEO
İdman 09:15
Rumıniya Ermənistanı darmadağın etdi - DÇ-2018-in NƏTİCƏLƏRİ+VİDEO
Səmədov Yemelyanenkoya qarşı: Burada kişilər belə boya-başa çatır
İdman 21:17
Səmədov Yemelyanenkoya qarşı: Burada kişilər belə boya-başa çatır
Neftçi”nin 8:0 məğlub olduğu oyun - VİDEO
İdman 11:44
Neftçi”nin 8:0 məğlub olduğu oyun - VİDEO
“Qәbәlә”nin qollu heç-heçәsi - VİDEO
İdman 23:24
“Qәbәlә”nin qollu heç-heçәsi - VİDEO
Portuqaliya ilk dəfə Avropa çempionu oldu – VİDEO
İdman 09:00
Portuqaliya ilk dəfə Avropa çempionu oldu – VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol