• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Ağayevi ağır cəza gözləyir – VİDEO

Kamran Ağayevi ağır cəza gözləyir – VİDEO
15.01.2017 14:41
Xəbər verdiyimiz kimi, dünən Portuqaliya Premyer Liqasının XVII turundə "Benfika” – "Boavişta” (3:3) oyunundan sonra millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə insident yaşanıb.
 
ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun 75-ci dəqiqəsində sarı vərəqə alan Ağayev insidentin əsas iştirakçısı olduğu üçün matç başa çatdıqdan sonra baş hakim Luiş Ferreyra tərəfindən ikinci "sarı” ilə cəzalandırılıb.

Bununda da, Ağayevin komandasının növbəti oyununda iştirak etməyəcəyi dəqiqləşib. Portuqaliya Futbol Federasiyasının oyunda qeydə alınan vərəqələrə görə hər iki klubu cəzalandıracağı dəqiqdir. İnsidentin əsas iştirakçısı olan Ağayevə əlavə cəza veriləcəyi də gündəmdədir.

Qeyd edək ki, Ağayev oyun başa çatdıqdan sonra "Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər. Ehtimal edilir ki, "Benfika”nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb.

Xatırladaq ki, "Benfika” ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda "Boavişta” meydandan 1 xalla ayrılıb - 3:3.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol