Futbol tarixində ilk: YAŞIL VƏRƏQƏ - VİDEO

Futbol tarixində ilk dəfə hakim yaşıl vərəqədən istifadə edib.
ANN.Az Offside.com.az saytına istinadən xəbər verir ki, tarixi hadisə İtaliya "B” seriyasında keçirilən "Virtus Entella” – "Viçenza” oyununda yaşanıb.
Yaşıl vərəqəni "Viçenza”nın üzvü Kristian Qalano alıb. Hakim meydan sahiblərinin qapısına künc zərbəsi təyin etsə də, Qalano topun rəqib futbolçulardan kiməsə toxunmadığını bildirib.
Xatırladaq ki, 2016/17 mövsümündən "B” seriyasında yaşıl vərəqənin istifadəsi barədə qərar qəbul edilib. Vərəqə meydanda nümunəvi hərəkət edən futbolçulara göstərilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 