Karateçimiz ikiqat Avropa çempionu oldu - Fotolar
![Karateçimiz ikiqat Avropa çempionu oldu - Fotolar Karateçimiz ikiqat Avropa çempionu oldu - Fotolar](https://anews.az/photo/850x500/2021-08/1629655424_mycollages__17_.jpg)
Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, çempionatın sonuncu günündə - avqustun 22-də 18-21 yaşadək gənclərin kumite yarışında Əminağa Quliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək ikiqat Avropa çempionu adını qazanıb.
Qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.
Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edib.
![](https://anews.az/file/articles/2021-08/1629655424_mycollages__17_.jpg)
![](https://anews.az/file/articles/2021-08/1629655438_16296490646427964965_1000x669.jpg)
![](https://anews.az/file/articles/2021-08/1629655363_1629649064607645114_1000x669.jpg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər