Gənclər və idman nazirinin müavinləri işdən çıxarıldı
![Gənclər və idman nazirinin müavinləri işdən çıxarıldı Gənclər və idman nazirinin müavinləri işdən çıxarıldı](https://anews.az/photo/850x500/2021-11/1638192187_download-8.jpg)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad olunublar.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər