Azərbaycan çempionatının oyununda münaqişə baş verib
![Azərbaycan çempionatının oyununda münaqişə baş verib Azərbaycan çempionatının oyununda münaqişə baş verib](https://anews.az/photo/850x500/2021-12/1638526315_4d3082ba-6ceb-3ca3-bbca-f2986d0c2a80_850.jpeg)
Futbol üzrə U-16 Liqasının "Keşlə” – İCBFA (İskəndər Cavadov Bakı Futbol Akademiyası) oyununda kütləvi dava-dalaş baş verib.
Hadisə matçın 60-cı dəqiqəsində yaşanıb. Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub. O, rəqibə baş ilə zərbə endirdikdən sonra ara qarışıb.
Toqquşmada "Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də iştirak edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər