• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Atıcılıq üzrə DÇ-yə ev sahibliyi Rusiyadan Azərbaycana keçdi

Atıcılıq üzrə DÇ-yə ev sahibliyi Rusiyadan Azərbaycana keçdi
04.09.2022 09:36
Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi 2023-cü ildə atıcılıq üzrə dünya çempionatına ev sahibliyinin Azərbaycana keçməsi barədə qərar qəbul edib.

Bu barədə ISSF-nin mətbuat xidməti məlumat yayıb.

Yarış Rusiyada keçirilməli idi. Turnirin 14-31 avqust 2023-cü il tarixlərində keçirilməsi planlaşdırılır.

30 iyun 2021-ci ildə ISSF Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri 2022-ci ildən 2023-cü ilə təxirə salmaq qərarına gəlib. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiası hüququnu itirib.

2022-ci il martın 7-də ISSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb. Rusiya həmçinin 2022-ci ilin avqust və sentyabr aylarında stend atıcılığı üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququnu itirib


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Qurban  Qurbanovun oyun sonrası şərhi
İdman 00:28
Qurban Qurbanovun oyun sonrası şərhi
İdman 23:43
"Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - Yenilənib
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
İdman 22:15
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
İdman 20:26
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol