• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Elxan Hacıyev- Avropa çempionu olmaq arzum idi

Elxan Hacıyev- Avropa çempionu olmaq arzum idi
17.09.2022 16:02
"Bu medalı qazanmaq mənim arzum idi. Birinci yeri tutdum və himnimizi səsləndirdim”.

Bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev "Report”un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

81 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qitə çempionatının əhəmiyyətinin çox böyük olduğunu bildirib:

"Səhvlərimin üzərində işlədim və qızıl medal əldə etdim. Ölkəmizin çətin günündə bu nailiyyəti şəhidlərimizə həsr edirəm. Ruhları şad olsun”.
Hacıyev məqsədinin 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək olduğunu bildirib:

"Qarşıda Böyük Dəbilqə turnirləri var. O vaxtadək xallar yığmalıyam. Olimpiadaya gedəcəyimə inanıram”.

Cüdoçu yarışın onun üçün rahat keçdiyini sözlərinə əlavə edib:
"Asan yarış yoxdur. Hər idmançı ölkəsinin himnini səsləndirmək istəyir. Mənim əziyyətim yerdə qalmadı və çempion oldum. Bundan sonra daha yaxşı nəticələr qazanacağam. Əvvəl də Avropa çempionatlarında güləşmişəm, lakin medal qazana bilməmişdim”.

İdmançı 81 kq-da çıxış edən Səid Mollayi ilə rəqabətə hazır olduğunu söyləyib:

"Onu qabaqlayacağıma inamım böyükdür. Ümid edirəm ki, onu keçərək olimpiadaya özüm gedəcəyəm. Məşqlərdə üz-üzə gəlmişik. Hər ikimiz qalib gəlmişik. Amma əsas məşq deyil, yarışdır”.

Avropa çempionu Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyük arasında dünya çempionatına qatılmaq istədiyini diqqətə çatdırıb:
"Yekun qərarı baş məşqçi verəcək. İstəsələr, güləşməyə hazıram və özümə də inanıram. Olmasa, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki və Bakıdakı Böyük Dəbilqəyə hazırlaşacağam”.

Hacıyev son olaraq 73 kq-da komanda yoldaşı Vüsal Qələndərzadənin də qızıl medal qazanmasına toxunub:

"Vüsal 2004-cü ildəndir və onun gələcəyi var. Qarşıda daha yaxşı nailiyyətlər əldə edəcək. Onun qızıl medalı mənə əlavə stimul verdi”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Qurban  Qurbanovun oyun sonrası şərhi
İdman 00:28
Qurban Qurbanovun oyun sonrası şərhi
İdman 23:43
"Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - Yenilənib
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
İdman 22:15
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
İdman 20:26
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol