Bu gün Azərbaycan-Slovakiya qarşılaşması baş tutacaq
![Bu gün Azərbaycan-Slovakiya qarşılaşması baş tutacaq Bu gün Azərbaycan-Slovakiya qarşılaşması baş tutacaq](https://anews.az/photo/850x500/2022-09/1663825729_slovakiya.jpg)
Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində C Liqasının 1-ci qrupunda Slovakiya millisi ilə qarşılaşacaq.
www.anews.az
Trnavanın Antona Malatinski stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq. Oyuna Uilyam Kollam hakimlik edəcək.
Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək.
Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər