Azərbaycanın minifutbol millisi dünya çempionatının yarımfinalına yüksəlib - Yenilənib

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Yığma 1/4 finalda İngiltərə ilə üz-üzə gəlib və qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
19:30
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları başlayıb.
İlk qarşılaşmada Macarıstan və Mavritaniya milliləri üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında təşkil olunan matçda Macarıstan yığması 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Macarıstan finalda Bosniya və Herseqovina - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər
Daha çox 