Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb - Video -Yenilənib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.
Milli Gimnastika Arenasında baş tutan tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.
Mundialın qalibi olan Azərbaycan yığması qızıl medal və kubokla təltif edilib.
21:23
Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Komanda final görüşündə Macarıstanla üz-üzə gəlib.
Yığmamız rəqibini 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Minifutbol üzrə DÇ
Final
Azərbaycan - Macarıstan 4:2