• $ 1.7
  • € 1.9875
  • ₽ 0.022139
  • ₺ 0.0393
  • £ 2.2832

“Qarabağ” səfərdə "Atletik"ə məğlub olub - Yenilənib

“Qarabağ” səfərdə "Atletik"ə məğlub olub - Yenilənib
22.10.2025 22:40

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı Azərbaycan kollektivi açıb. 1-ci dəqiqədə Leandro Andrade fərqlənib. İspaniya klubunda isə Qorka Quruseta (40, 88) dubl müəllifi olub. Digər qolu Robert Navarro (70) vurub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda, noyabrın 5-də Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.

***

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

 

***

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Atletik" (Bilbao, İspaniya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Atletik": Unai Simon, Andoni Qorosabel, Aytor Parades, Oyan Sanset, İnyaki Uilyams (k), Niko Uilyams, Qorka Quruseta, Emerik Lyaporta, Yuri Berçiçe, Mikel Xaureqisar, Alexandro Reqo

"Qarabağ": Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Nəriman Axundzadə.

"San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-da başlayacaq.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 23:57
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol