• $ 1.7
  • € 1.9875
  • ₽ 0.022139
  • ₺ 0.0393
  • £ 2.2832

“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə dəyişdirilib

“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə dəyişdirilib
28.10.2025 20:05

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

PFL-dən verilən məlumata görə, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçiriləcək oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının X turunun “İmişli” ilə səfər görüşünün yerinin dəyişdirilməsini istəyib.

“Qarabağ”ın rəsmi müraciətini, bölgə klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, X turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Oktyabrın 30-da reallaşacaq matç saat 17:00-da start götürəcək.

XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 23:57
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol