Sürücülər dövlət büdcəsinə 60 milyon manat ödəyib

12:37 | 05.03.2014
Sürücülər dövlət büdcəsinə 60 milyon manat ödəyib

Sürücülər dövlət büdcəsinə 60 milyon manat ödəyib

Ötən il yol hərəkəti qaydalarını pozan sürücülər tərəfindən dövlət büdcəsinə 60 milyon manata yaxın vəsait ödənilib.APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, respublikada yol hərəkətinə nəzarət prosesində 1429791 inzibati xəta aşkar edilib. Göstərilən əməllərə görə, 2636 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar tətbiq edilmiş cərimələr (59 741 450 manat) tam ödətdirilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM