SSRİ-nin 55 illik SİRRİ AÇILDI - Şok FAKT

10:53 | 09.09.2017
SSRİ-nin 55 illik SİRRİ AÇILDI - Şok FAKT

SSRİ-nin 55 illik SİRRİ AÇILDI - Şok FAKT

Rusiya Müdafiə Nazirliyi Karib höhranının kəskin mərhələsi zamanı Kubada ölən SSRİ vətəndaşları haqqında rəsmi məlumatları ilk dəfə dərc edib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, 1962-ci ilin avqustun 1-dən 1964-cü il 16 avqust tarixinə kimi Kubada 64 sovet vətəndaşı həlak olub.

Karib böhranı ilə əlaqədar məlumatların dərci SSRİ ballistik raketlərin Kubaya çatdırılmasının 55-ci illiyinə uyğunlaşdırılıb. SSRİ-nin bu addımı Türkiyə və İtaliyada ABŞ raketlərinin yerləşdirilməsinə cavab idi.

Daha əvvəl əməliyyatın gedişatında sovet hərbi qulluqçuların itkilərin dəqiq sayı dərc edilmirdi.

Qeyd edək ki, düz 55 il əvvəl - 1962-ci il sentyabrın 9-da "Anadır” kod adlı məxfi əməliyyat çərçivəsində Kubaya birinci sovet ballistik raketləri, daha sonra isə onlar üçün nüvə hərbi yükləri çatdırılır. Nüvə döyüş yükləri ilə sovet raketlərinin Kibada yerləşdirilməsi ideyası Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşova aid idi.

Lakin sonradan ABŞ-ın kəskin etirazı və ABŞ ilə SSRİ-nin nüvə müharibəsinin astanasına gəlməsi nəticəsində SSRİ raketləri Kubadan aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb