"Standard & Poor`s" Avropa İttifaqının kredit reytinqi aşağı saldı

13:07 | 01.07.2016

"Standard & Poor`s" Avropa İttifaqının kredit reytinqi aşağı saldı

 "Standard & Poor`s" reytinq agentliyi Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra İttifaqın uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb.

"Report" xəbər verir ki, reytinq "AA+"dən "AA" səviyyəsinə endirilib.

Agentlikdən bunu İttifaq üzvlərinin birliyi məsələsinin yenidən qiymətləndirilməsi ilə izah ediblər.

Xatırladaq ki, agentlik daha əvvəl, həmçinin Böyük Britaniyanın reytinqini də "AAA"-dan "AA" səviyyəsinə, yəni iki pillə aşağı salmışdı. "Standard & Poor`s"dan bunu referendumun nəticəsinin Böyük Britaniyanın tənzimləyici siyasətini daha gözlənilməz, daha az səmərəli və daha az sabit edə biləcəyi ilə izah etmişdilər.

"Fitch" agentliyi də Britaniyanın reytinqini aşağı salıb. "Moody's" Birləşmiş Krallığın reytinqini yüksək "Aa1" səviyyəsində saxlasa da, onun barədə proqnozu "mənfi"yə dəyişib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb