"Statoil" Türkiyədə təbii qaz axtaracaq

19:35 | 16.05.2016

"Statoil" Türkiyədə təbii qaz axtaracaq

Norveçin "Statoil" şirkəti Türkiyədə təbii qaz axtarış və hasilatı ilə məşğul olmaq üçün Kanadanın "Valuera" şirkəti ilə saziş imzalayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Statoil" Kanada şirkətinin Tekirdağın Banarlı bölgəsindəki axtarış layihəsində 50% hissəyə sahib olub, qalan pay isə "Valuera" şirkətində olacaq.

Eyni zamanda, sazişdə Trakya bölgəsində təbii qaz axtarışının sürətləndirilməsi və bölgədəki quyulardan birindən bu ilin sonu, yaxud 2017-ci ilin əvvəlində qaz çıxarılması qeyd olunub.

Hər iki şirkət birlikdə bölgənin dərinliklərində qalan qaz potensialını ölçəcək. Kəşfiyyat təxminən 540 kv. km ərazini əhatə edir.

Qeyd edək ki, Kanada şirkəti 4 ildir Türkiyədə neft və təbii qaz axtarır. Şirkət bu ilin əvvəlində Banarlıdakı "Batı Gürgen-1" ərazisində təbii qaz olduğunu və sınaq müddətində gündəlik hasilatın 100 min kubmetr həcmə çatdığını açıqlamışdır.

"Valeura" şirkəti Trakyada 3 ayrı quyuda qaz kəşf edib və hasilata başlayıb. Kanada şirkəti Trakyada ümumulikdə 14 hasilat və axtarış lisenziyasına sahibdir. Bundan başqa şirkətin Qaziantepdə də neft axtarışı üçün lisenziyası var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb