Şükürbəyli kəndində fərdi evlər tikilir - 7 milyon manatdan çox pul xərclənəcək

10:04 | 17.09.2024
Şükürbəyli kəndində fərdi evlər tikilir - 7 milyon manatdan çox pul xərclənəcək

Şükürbəyli kəndində fərdi evlər tikilir - 7 milyon manatdan çox pul xərclənəcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi yaşayış evin tikintisinə 7.664.193,62 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Birinci mərhələdə 635 ailənin köçürülməsi nəzərdə tutulub. 
 
Tenderin qalibi isə "AĞA-EE İNŞAAT" MMC-dir.  
 
Tenderin qalibi olan şirkət 2018-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır. 
 
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır. 
 
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 


Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM