Ermənistanın baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan, İrəvan və Bakının sülh sazişi layihəsində qalan maddələri razılaşdıra biləcəklərinə inanır. O, bu barədə parlamentdə keçirilən brifinqdə bildirib. Bu barədə TASS məlumat yayıb.
"Biz sülh sazişinin yaxın gələcəkdə reallığa çevrilməsinə çalışırıq. Bu baxımdan, Paşinyan və (Azərbaycan prezidenti İlham) Əliyev arasında təmaslar faydalıdır. Hələ razılaşdırılmamış maddələrin razılaşdırılması üçün imkan görürük,” - o bildirib.
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
N.Təbrizli
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !