Sumqayıtdan gələn maşınlar da Bakıya buraxılmayacaq

12:58 | 01.06.2015
Sumqayıtdan gələn maşınlar da Bakıya buraxılmayacaq

Sumqayıtdan gələn maşınlar da Bakıya buraxılmayacaq

Bu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə icazə verilməyəcəyi barədə məlumat vermişdik.

Belə ki, rayon qeydiyyatında olan maşınlarla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da bu qadağa şamil olunacaq.

Bu barədə "Qafqazinfo”ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Kamran Əliyev bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir:

"Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var.

Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək”.

Kamran Əliyev əlavə edib ki, özü Bakıda yaşayıb maşını rayon qeydiyyatında olan şəxslərin də şəhərdə maşınla hərəkətinə məhdudiyyətlər yaranacaq:

"10 və 90 dövlət qeydiyyat nişanı olan maşınların hərəkəti sərbəst olacaq. 99 nömrəli dövlət qeydiyyat nişanlı maşınların həm rayon, həm də Bakı qeydiyyatı var. Onların rayon qeydiyyatında olan hissəsinə də giriş qadağan olunacaq”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti