Sumqayıt Dövlət Universitetində etiraz

11:50 | 28.11.2013
Sumqayıt Dövlət Universitetində etiraz

Sumqayıt Dövlət Universitetində etiraz

Ali məktəb tələbələri onlara qarşı haqsızlıq edilməsini iddia edirlər.

ANN.Az-ın məlumatına görə, Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsi belə hesab edərək milli.az-a müraciət edib.

Tarix fakültəsinin tələbələri bildiriblər ki, universitetdə iqtisadiyyat fakültəsində bütün kurs işləri ləğv olunub: “Bizim fakültədə də ləğv edilməsini ümid edirdik. Dekanımızdan soruşduq, lakin onun cavabı bizi qane etmədi. Dekan bildirdi ki, biz mütləq kurs işi verməliyik. Bizə maraqlıdır ki, bir universitetdə bir fakültədə kürs işi ləğv olunursa, digərlərinə də aid edilməli deyil?"

Tarix fakültəsinin dekanı Adil Baxşəliyev bildirib ki, tələbələrin şikayətləri əsassızdır. Dekanın sözlərinə görə, kurs işi tədris proqramında varsa, ləğv edilə bilməz: “Sadəcə, tələbələrə sərbəst işlər verilirdi. Lakin sərbəst işlər də tələbələrin artıq yüklənməmələri, imtahanlara hazırlaşmaları üçün rektor tərəfindən ləğv edilib”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM