Sumqayıtda hərbi parad keçirildi - FOTOLAR

21:45 | 06.05.2014
Sumqayıtda hərbi parad keçirildi - FOTOLAR

Sumqayıtda hərbi parad keçirildi - FOTOLAR

Paradı şəhər rəhbərliyi ilə birlikdə on minlərlə sakin izləyib.Sumqayıt şəhərində məktəblilərinin paradı keçirilib. AzərTac xəbər verir ki, mərhum prezident Heydər Əliyevin 91 illiyi ərəfəsində təşkil edilən bu paradda 3 mindən çox məktəbli iştirak edib.Paradda yuxarı sinif şagirdləri ilə yanaşı, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər zirehli texnika maketləri və Azərbaycanın dövlət quruculuğu tarixində müstəsna rolu olmuş “Difai” təşkilatını tərənnüm edən  atlıdan ibarət süvari dəstə də iştirak edib. Paradı şəhər rəhbərliyi ilə birlikdə on minlərlə sakin izləyib.Məktəblilərin paradı mərhum prezident Heydər Əliyevin abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etmiş sumqayıtlılara bir daha  bayram təntənəsinin sevincini yaşamağa imkan verib.Qeyd etmək vacibdir ki, Sumqayıt şəhər rəhbərliyinin tövsiyəsiylə məktəblilərin hərbi paradı dördüncü dəfə keçirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM