Sumqayıtda yas – QADAĞASI

14:42 | 01.09.2014
Sumqayıtda yas – QADAĞASI

Sumqayıtda yas – QADAĞASI

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.ANN.Az Azvision.az-a istinadən xəbərinə görə, bu barədə şəhər icra hakimiyyətindən məlumat verilib.Bildirilir ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM