Sumqayıtdan Bakıya gələn avtobus yandı

11:24 | 25.11.2013
Sumqayıtdan Bakıya gələn avtobus yandı

Sumqayıtdan Bakıya gələn avtobus yandı

Azərbaycanda sərnişin avtobusu yanıb.Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır dairəsində qeydə alınıb. Yanğın  1 saylı xətt üzrə Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 10-TB-660 dövlət nömrə nişanlı “İSUZİ” markalı avtobusda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin  əməkdaşları avtobusda olan sərnişinləri evakuasiya edərək yanğının qarşısını alıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM