Sumqayıtlılar ağac kəsintisinə görə ayağa qalxdı - VİDEO

12:31 | 24.04.2014
Sumqayıtlılar ağac kəsintisinə görə ayağa qalxdı - VİDEO

Sumqayıtlılar ağac kəsintisinə görə ayağa qalxdı - VİDEO

Ötən gün Sumqayıt şəhərində 10-cu mikrorayon ərazisində etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, sakinlər Babək küçəsində ağacların kəsilməsinə etiraz ediblər.Belə ki, Babək küçəsində obyekt tikintisi gedib. Bu tikintinin sakinlərin gediş-gəliş yolundadır və piyadaların hərəkətinə maneə yaradır. Bundan başqa tikintiyə görə, həmin ərazidə ağacları kütləvi şəkildə kəsirlər. Buna görə də, sakinlər etiraz oalraq, ərazidə gedən tikinti işinə mane olmağa çalışıblar. Sonradan insident yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsilə əlaqə saxladıq. Bölmədən ANS PRESS-ə verilən məlumata görə, ötən gün bir neçə şəxs saxlanılıb və onlara xəbərdarlıq edilib. Hazırda ərazidə sakitçilikdir. Heç bir problem yoxdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti