• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirilib

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirilib
04.06.2024 22:23
4 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib.

4 iyun 2024-cü il tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib
Cəmiyyət 15:20
Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib
Azerbaijani Court to try blogger Alimanov over anti-state calls
Cəmiyyət 14:57
Azerbaijani Court to try blogger Alimanov over anti-state calls
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Cəmiyyət 14:37
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
Altı ayda dərmandan zəhərlənmələrindən 7 nəfər ölüb
Cəmiyyət 14:25
Altı ayda dərmandan zəhərlənmələrindən 7 nəfər ölüb
Gəncədə iki gün qaz olmayacaq
Cəmiyyət 14:00
Gəncədə iki gün qaz olmayacaq
Bakıda dövlət əleyhinə çağırışlarda ittiham olunan blogerin işi üzrə məhkəmə başlayıb
Cəmiyyət 13:57
Bakıda dövlət əleyhinə çağırışlarda ittiham olunan blogerin işi üzrə məhkəmə başlayıb
Növbəti ildə 89 məktəbdə yeni peşə təmaüllü siniflər açılacaq
Cəmiyyət 13:17
Növbəti ildə 89 məktəbdə yeni peşə təmaüllü siniflər açılacaq
Sabah rayonlara yağış yağacaq - Hava proqnozu
Cəmiyyət 13:04
Sabah rayonlara yağış yağacaq - Hava proqnozu
Natiq Cəfərlinin atasının ölüm xəbəri yalandır
Cəmiyyət 11:38
Natiq Cəfərlinin atasının ölüm xəbəri yalandır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol