Sürücü polisə hədə-qorxu gəldi – VİDEO

10:06 | 10.11.2016
Sürücü polisə hədə-qorxu gəldi – VİDEO

Sürücü polisə hədə-qorxu gəldi – VİDEO

Növbəti reyd bu dəfə Şəmkirdə qanunsuz yükdaşıma və taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı keçirilib.

ANN.Az ARB TV-yə istinadən xəbər verir ki, aylardır, bəlkə də illərdir taksi fəaliyyəti ilə məşğul olub vergi ödəməyənlər bu dəfə Şəmkirdə hədəf seçilib.

Bu azmış kimi belə sürücülər yol polisinin yazdığı cərimə protokoluna da etiraz edib: "Mənim xəbərim yoxdur. Bu, təzə çıxıb? Taksi qoyan deyiləm. Bu, təzə maşındır”.

Gündəlik olaraq yükdaşıma və taksi fəaliyyəti ilə məşğul olan bu sürücülər fərqlənmə nişanı almaqdan imtina edirlər. Səbəb kimi isə ya qaydalardan xəbərsiz olduqlarını, ya da işə yeni başladıqlarını bəhanə gətirirlər.

Yol polisinin 40 manat məbləğində cərimə protokolu ilə razılaşmayan əksər sürücülər alternativ yollara əl atıblar. Bəziləri qarşı tərəfə hədə-qorxu da gəlib.

Sürücülərin etirazlarına baxmayaraq, gün ərzində 50-ə yaxın sürücüyə inzibati protokol yazılıb.

Bu haqda danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin rəisi Qafar Qarayev bildirib:

"Hazırda Şəmkirdə 400-500 nəfər taksi fəaliyyəti ilə məşğul olan sürücü var. Eyni zamanda 150-200 sürücü yükdaşıması ilə məşğul olur. Ancaq təəssüflər olsun ki, onların çox az bir qismi vergiyə cəlb olunur. Məsələn, oktyabr ayında cəmi 19 ədəd taksi dövlət rüsumunu ödəyib, taksi fəaliyyəti ilə məşğul olub. Yük avtomobillərindən isə cəmi 10 ədəd fərqlənmə nişanı alınıb. Qeyri-avtomobillər isə qanunsuz yük və sərnişindaşıması ilə məşğul olurlar”.

Reydlərin davam etdirilməsi isə cərimələnəcək sürücülərin sayının artacağından xəbər verir. Növbəti dayanacaq isə Gədəbəy olacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM