Tağı Əhmədov danışdı: “Komandirovka”dayam

15:52 | 27.11.2013
Tağı Əhmədov danışdı: “Komandirovka”dayam

Tağı Əhmədov danışdı: “Komandirovka”dayam

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ezamiyyətdədir.

 

Bu barədə Lent.az-a özü məlumat verib.

 

Belə ki, əməkdaşımız bir neçə gündür mətbuatın əsas tənqid hədəfinə çevrilən T.Əhmədovla əlaqə saxlayaraq, haqqında səsləndirilən fikirlərə münasibət öyrənməyə çalışıb. Son günlər mətbuat nümayəndələrinin telefonlarını açmadığı və danışmaq istəmədiyi bildirilən T.Əhmədov əməkdaşımıza deyib ki, hazırda Bakıda deyil, bu səbəbdən də suallara cavab verə bilməyəcək: “Mən indi Bakıda deyiləm. Bakıdan kənarda “komandirovka”dayam. Danışa bilməyəcəm”.

 

T.Əhmədov əməkdaşımızla söhbətinə bildirib ki, “komandirovka”sının müddəti 10 gündən sonra bitəcək və Bakıya, işinin başına qayıdacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM