Tağı Əhmədov işdən çıxarıldı

14:37 | 27.02.2014
Tağı Əhmədov işdən çıxarıldı

Tağı Əhmədov işdən çıxarıldı

Prezident “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

 “Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılır. Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.Prezidentin digər sərəncamı ilə, Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib

 Qeyd edək ki, Bakı Metropolitenin sədri Tağı Əhmədov idi.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM